6-10 aprel tarixlərində Beynəlxalq İdman günü münasibətilə Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verib. Milli parkda təşkil edilən tədbirdə hər kəs iştirak edə bilər. Tədbirə qoşulanlar öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınaya bilərlər. Əsasən sınaqlar 11 yaş qrupu üzrə təşkil edilir. Müxtəlif idman normativləri proqramlar üzrə aparılır. Beynəlxalq İdman günü və “Sağlam həyat” aksiyası barədə məlumat almaq üçün Milli Parka yollanıb idmançilarımızın və ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev: “6 aprel dünyada Beynəlxalq İdman günü kimi qeyd olunur. 2013-cü ildə BMT-nin Baş Məclisi tərəfindən bu gün təsis olunmuşdur. Lakin ölkəmizdə ilk dəfədir ki, bu aksiya təşkil olunur. “Sağlam həyat” lahiyəsi yarış məqsədi ilə insanların idmana sövq edilməsini və əhalinin fiziki göstəricilərinin sınaqdan keçirilməsini təmin etmək məqsdi ilə həyata keçirilir. Bu aksiyada iştirak etmək istəyən şəxslər burada qeydiyyat yerinə yaxınlaşaraq ad və soyadlarını qeyd etdirib, blank alaraq idman norvativlərindən istifadə edə bilərlər. Buraya ağırlıq qaldırma, atletika, gimnasitika və s. idman növləri daxildir. Normativləri uğurla həyata keçirənlər sertifikatlar verilir. İlk gün 700 nəfər burada iştirak etdi. Bu gün hava soyuq olsa da, insanların yenədə aksiyaya gəlməyə davam edir. Həmçinin idman günü münasibəti ilə idmançılarımız, Avropa çempionlarımız və veteranlarımızda bizə dəstək olmaq gəliblər. İnanırıq ki, bu aksiya insanlarımızın idmana olan həvəsini artıraraq onlara stimul verəcək”.
Əməkdar məşqçi Eldar Nərimanov: “Havanın sərin keçməsinə baxmayaraq İdman günü münasibəti ilə hər birimiz buraya toplaşmışıq. Biz veteran idmançılar olaraq hər zaman bütün gənclərimizə dəstəyik və onların yanındayıq. Şəhər sakinlərinin “Sağlam həyat” lahiyəsinə çox marağı var. Bu təbii ki, sevindirici bir haldır. Gənclər və İdman nazirliyi hər zaman yeni-yeni tədbirlər təşkil edir. Arzu edirəm ki, bizim gənclər dünya və olimpiya çemponlarında iştirak edib, bayrağımızı yüksəkliyə qaldırar”.

Hakim Sabir Quliyev: “ “Sağlam həyat” lahiyəsində biz topatma idman növü üzrə çıxış edirik. Bu idman növündə 6 yaşdan 99 yaşa qədər bütün insanlar iştirak edə bilər. Hər bir yaş kateqorsiyasının öz keçid məsafəsi var. İnsanlarımızın bu lahiyəyə olan marağı yüksəkdir. Bu gün təxmini olaraq 300 nəfər bu idman növündən istifadə edib. Lakin dünən bu say 700-800 nəfər idi”.

Yığma komandanın məşqçisi Əhməd Ağayev: “Mənim özüm Gimnastika üzrə məşqçiyəm. Bu lahiyənin keçirilməsi çox gözəl bir addımdır. Çünki insanın sağlam olması üçün idman çox önəmlidir. “Sağlam həyat” aksiyasında ağırlıq qaldırma, qaçış və topatma idman normativlərindən istifadə etdim. Ümumilikdə idmandakı uğurlarımız çox ürək açıcıdır. İnsallah, idmançılarımız daha çox uğur qazanaraq, bütün dünyada ölkəmizi tanıdar”.

Veteran Elxan Ağayev: “Mən hesab edirəm ki, belə tədbirlər daha çox keçirilməlidir. Biz də cavan olub, yığma komandalarda oynamışıq. İdman cavanlıq və sağlamlıqdır. İdmansız həyat ola bilməz. Bəzi insanlar idmanla bağlı həqiqətləri anlamasa da, onlar bilməldir ki, insan idmansız bir heçdir. Bütün xalqımız idmanla məşğul olmağa dəvət edirəm. Republikanın Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, bizim üçün belə şəraitlər yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB