"Mançester Yunayted"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Klub "Ayaks"ın çalışdırıcısı Erik ten Haqla razılaşıb. Mütəxəssis mövsümün sonunda Niderland təmsilçisindən ayrılıb "qırmızı şeytanlar"a baş məşqçilik edəcək. Ten Haq bu vəzifədə Ralf Ranqniki əvəzləyəcək.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 7-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB