"Sağlam həyat" günlərinə start verildi

"Sağlam həyat" günlərinə start verildi

6 Aprel – Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verdi.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 6-dan 10-dək Dənizkənarı Milli Parkda (Bakı bulvarı) təşkil edilən tədbirdə hər kəs iştirak edə bilər. Tədbirə qoşulanlar öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınaya bilərlər.

Sınaqlar aşağıdakı 11 yaş qrupları üzrə təşkil edilir: 6-8 yaş, 9-10 yaş, 11-12 yaş, 13-15 yaş, 16-17 yaş, 18-29 yaş, 30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş. İdman normativləri aşağıdakı proqramlar üzrə aparılır: qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press"). İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur. Normativləri yerinə yetriən bütün iştirakçılara setrifikatlar təqdim edilir.

Qeyd edək ki, İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə