Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib

Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib

Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan gənclər və idman naziri qonağa Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə