Aprelin 6-dan 10-dək Bakıda “Sağlam həyat” günləri keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 6 Aprel - Beynəlxalq İdman Günü çərçivəsində Bakı Bulvarında təşkil ediləcək tədbirdə 10 müxtəlif yaş qrupu üzrə hər kəs iştirak edə bilər.
İştirakçılar müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarını sınayacaqlar. Onlara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək.
Gənclər və İdman Nazirliyi hər kəsi bu maraqlı və faydalı idman tədbirində fəal iştirak etməyə dəvət edir.
“Sağlam həyat” üçün idmanla məşğul olaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB