Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.
SİA Matc.az-a istinadən xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Turun açılış matçında “Liverpul” “Uotford”u sınağa çəkib və inamlı qələbəyə sevinib. Ötən tur “Kristal Pelas”la heç-heçə edən “Mançester Siti” isə bu dəfə “Bernli”ni səfərdə məğlub edib.
Turun diqqətçəkən matçlarından biri “Old Trafford”da oynanılıb. Burada “Mançester Yunayted” cari mövsümdə qeyri-sabit oyun sərgiləyən “Lester Siti”ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Brayton” - “Norviç Siti” və “Lids” - “Sauthempton” matçlarında da qalib müəyyənləşməyib.
Turun ən gözlənilməz nəticələrindən biri Londonda qeydə alınıb. Burada “Çelsi” “Brentford”la ev oyunundan böyükhesablı məğlubiyyətlə ayrılıb.
İngiltərə Premyer Liqası
31-ci tur
2 aprel
Liverpul – Uotford 2:0
Qol: Jota, 22. Fabinyo, 89-pen.
Bernli – Mançester Siti 0:2
Qol: De Bruyne, 5. İ.Gündoğan, 25.
Brayton – Norviç Siti 0:0
Vulverhempton – Aston Villa 2:1
Qol: Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.
Lids – Sauthempton 1:1
Qol: Harrison, 29 – Uord-Prauz, 49.
Çelsi – Brentford 1:4
Qol: Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.
Mançester Yunayted – Lester Siti 1:1
Qol: Fred, 66 – İheanaço, 63.
3 aprel
17:00 Vest Hem – Everton
19:30 Tottenhem – Nyukasl
4 aprel
23:00 Kristal Pelas – Arsenal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB