Mustafa Məhəmməd Burak Yılmazı əvəz edəcək

Mustafa Məhəmməd Burak Yılmazı əvəz edəcək

"Qalatasaray"ın misirli hücumçusu Mustafa Məhəmməd Fransa klublarının diqqətini çəkməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mövsümün əvvəlində "St. Etyen"in can atdığı və transferi son anda baş tutmayan Məhəmməd ölkəsi Misirlə dünya çempionatına yollanmaq şansını qaçırdı.

Buna məyus olmasına baxmayaraq, 24 yaşlı hücumçuya gələn təkliflər artmaqda davam edir.

Mustafa Məhəmmədə bu dəfə də "Marsel" və "St. Lill" can atır. Mövsümün sonunda Conatan Davidin transferini gözləyən "Lill" millinin hücumçusu Burak Yılmazla müqaviləni uzatmamaq qərarına gəlib. 37 yaşlı hücumçunu Mustafa Məhəmmədlə əvəzləmək istəyən klubun qısa müddətdə "Qalatasaray"ın qapısını döyəcəyi bildirilib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə