Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb. SİA-nın məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.

Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə