"Qələbə münasibətilə başda Ali Baş komandan cənab İlham Əliyevi, ölkənin birinci xanımı Mehriban Əliyevanı, Milli Olimpiya komitəsini, Gənclər və İdman Nazirliyini, Güləş Federasiyasını təbrik edirəm". Bu sözləri mətbuata açıqlamasında yıöma komandanın baş məşqçisi Namiq Abdullayev bildirib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev hər zaman idmana xüsusilə də, güləşə böyük diqqət ayırır: "Avropa çempionatından təbii ki, gözləntilərimiz var idi. Bildiyiniz kimi bir neçə gün bundan əvvəl 23 yaşadək Avropa çempionatında güləşçilərimiz qızıl medal qazanaraq komanda hesabında və sıralamada birinci oldu. Əlbətdəki bu idmançılarımız üçün böyük bir stimula səbəb oldu. Bunun nəticəsi olaraq idmançılarımız qayıtdıqdan sonra cənab Prezident İlham Əliyev onları qarşılayaraq, öz xoş sözlərini bildirib, məsləhətlər verdi. Bunun nəticəsində də, gənclər yığma komandaya cəlb olundu. 23 yaşında yer tutmuş 65 kq Zirəddin Bayramov, Aydın Əliyev və bır sıra idmançılarımız Avropa çempionatında yer aldılar. Onlarında hər biri əzimkarlıqla çıxış etdilər. Lakin oyunda hakimlətin qeyri-obyektivlikləridə müşahidə olunurdu."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB