Avropa çempionlarımız vətənə qayıdıb - FOTOLAR

Avropa çempionlarımız vətənə qayıdıb - FOTOLAR

Azərbaycanın Avropa çempionununda qalib olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, güləşçilərin yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında tarixi uğura imza atıb. Yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə