FİFA-da prezident seçkilərinin vaxtı açıqlandı

FİFA-da prezident seçkilərinin vaxtı açıqlandı

FİFA-da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb. SİA Matc.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçkilər 2023-cü ildə ali futbol qurumunun 73-cü Konqresində keçiriləcək. Seçki dövrü bu il martın 31-də başlayacaq. FİFA-ya üzv olan milli assosiasiyalar qurumun prezidenti vəzifəsinə öz namizədlərini Konqresə dörd ay qalmışadək təklif etməlidirlər. Seçki prosesi isə Konqresdən bir ay əvvəl start götürəcək.

FİFA-nın hazırkı prezidenti Canni İnfantinodur.

Bütün xəbərlər Facebook səhifəmizdə