Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
SİA Qol.az-a istinadən xəbər verir ki,komandamız Latviya ilə qarşılaşıb. Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılan matçda millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoxlama görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt ilə heç-heçə edib - 1:1.
29 mart
Yoldaşlıq oyunu
Azərbaycan - Latviya - 0:1
Qol: Qutkovski, 86
Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan)
Baş hakim: Trustin Farruca Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev(30-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub), 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k) (13. Abbas Hüseynov, 79), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (16. Coşqun Diniyev, 73), 9. Renat Dadaşov (7. Namik Ələskərov, 79), 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov (18. Filip Ozobiç, 73), 17.Toral Bayramov (19. Təmkin Xəlilzadə, 79)
Latviya: 1. Pavel Steinbor (23. Rixard Matreviç, 46), 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik (16. Alvis Yaunzem, 63), 17. Renar Varslavan (7. Vladimir Kameş, 73), 19. Raymond Krollis, 22. Aleksey Savelyev (18. İqor Tarasov, 88)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB