Bu gün Estoniya yığması qəbul ediləcək

Bu gün Estoniya yığması qəbul ediləcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupunda Estoniyanı qəbul edəcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Oyunu şotlandiyalı baş hakim Devid Munro idarə edəcək.

Azərbaycan yığması 6 oyundan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb. Yeddi matçdan sonra sonuncu - 6-cı sıradakı Estoniyanın xalı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə