Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı

Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı

Bu gün DÇ-2022-də pley-off oyunlarına start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılacaq. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna - Şotlandiya ilə matçı isə iyuna təxirə salınıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesab ilə uduzub. Avropa çempionatının son qalibi İtaliya yığmasının rəqibi isə Şimali Makedoniyaya gözlənilmədən məğlub olub - 0:1. Uels isə Avstriyaya 2:1 hesabı ilə qalib gəlib. İsveç isə Çexiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya ,Uels və İsveç pley-offun finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri isə 28-29 martda olacaq. A yolunda Rusiya texniki məğlubiyyət aldığı üçün pley-off-un finalında Polşa Uels-Avstriya cütünün qalibi ilə üz-üzə gələcək.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

Xatırladaq ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart


A yolu
23:45. Uels - Avstriya - 2:1

Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)

B yolu
23:45. İsveç - Çexiya - 1:0

Qol: Kvayson, 110

C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Qol: Traykovski, 90+2

23:45. Portuqaliya - Türkiyə - 3:1

Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak Yılmaz, 85 (Türkiyə)

Final cütlükləri

Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya - Şimali Makedoniya

Bütün xəbərlər Facebook səhifəmizdə