Dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra 45 yaşında karyerasını bərpa edib. SİA-nın məlumatına görə, yarımmüdafiəçi ölkəsinin 7-ci liqasında çıxış edən "İbis"lə müqavilə imzalayıb.

Qeyd edək ki, Denilson de Oliveyra İspaniyada "Betis", Fransada "Bordo" klubunun formasını geyinib. O, son olaraq 2010-cu ildə Yunanıstan təmsilçisi "Kavala" ilə müqavilə imzalasa da, heç bir rəsmi qarşılaşmada meydana çıxmayıb.

1996-2003-cü illərdə Braziliya yığmasına dəvət alan yarımmüdafiəçi 1997-ci ildə Amerika Kuboku ilə Konfederasiyalar Kubokunun, 2002-ci ildə isə dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə