Rusiyanın Ukraynaya hücumundan sonra İngiltərə hökumətinin "Çelsi"nin sahibi Roman Abramoviçə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən gəlir əldə edə bilməyən "Çelsi" klubuna şad xəbər gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə İdman Naziri Naycel Haddleston tərəfindən edilən açıqlamada, "Çelsi" rəhbərliyi ilə davam edən danışıqlardan sonra alınan qərarla İngiltərə klubuna tətbiq edilən sanksiyalarda nəzarətli bir yumşalma olacağı bildirilib.
Buna uyğun olaraq, "Çelsi"nin qadın və kişi futbol komandaları bütün turnirlərdə səfər matçlarına bilet sata biləcəklər. Əldə edilən vəsait əvvəlcə Premyer Liqanın bank hesabına, sonra isə klub rəhbərliyinə köçürüləcək.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB