“Turan Tovuz” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
SİA klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, müzakirələrdən sonra Müşahidə Şurasının üzvü Əfqan Talıbovun baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb.
Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məşqçi təyin olunub. Ə.Talıbovla mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib.
Birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB