FİFA-nın qərarına baxmayaraq, bunu etməyəcəklər

FİFA-nın qərarına baxmayaraq, bunu etməyəcəklər

Rusiya Premyer Liqasında çıxış edən əcnəbi futbolçular A seriyası klublarına keçə bilməyəcəklər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. FİFA-nın Rusiyada oynayan futbolçuların ölkəxaricindən kənar klublara keçməsi ilə əlaqədar qadağaları götürməsinə baxmayaraq, A seriyası klubları Rusiyada oynayan legionerlərlə müqavilə imzalamayacaqlar.

Qeyd edək ki, fevralın 24-də Ukrayna ilə müharibəyə başladıqdan sonra Rusiya idmançılarına, bu ölkədə fəaliyyət göstərən bütün idmançılara qadağalar qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə