İspaniyanın “Barselona” klubu İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Frank Kessyeni transfer edib.
SİA Matc.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Kataloniya klubu Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik ilkin müqavilə imzalayıb. 25 yaşlı oyunçu yeni komandasına cari mövsümün sonunda azad agent kimi keçəcək. O, “Barselona”da ilinə 6.5 milyon avro maaş alacaq.
Frank Kessye 2017-ci ildən "Milan"da çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 30 matça çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB