Türkiyə klubunun prezidenti istefa verib

Türkiyə klubunun prezidenti istefa verib

Türkiyənin "Göztepe" klubunun prezidenti Mehmet Sepil vəzifəsindən ayrılıb. SİA-nın məlumatına görə, bu barədə 67 yaşlı funksionerin özü açıqlama verib.

O, qərarının səbəbini açıqlamayıb.

Qeyd edək ki, Mehmet Sepil 2014-cü ildən "Göztepe"yə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə