Azərbaycan boksçuları Avropa çempionatında ilkə imza ata bilərlər

Azərbaycan boksçuları Avropa çempionatında ilkə imza ata bilərlər

Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatı Azərbaycan boksçuları üçün əlamətdar hadisə ilə yadda qala bilər. Federasiyadan SİA-ya verilən məlumata görə, finala vəsiqə qazanmış Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) qələbə qazanacaqları halda, milli komanda qitə turnirində ilk dəfə 2 qızıl medala sahib çıxacaq.

Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək.

Gənc boksçular artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə döyüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə