Azərbaycan batutçuları Niderlandda 3 medal qazanıblar

Azərbaycan batutçuları Niderlandda 3 medal qazanıblar

Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 16 ölkədən batutçuların iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırıblar.

Gimnastımız N.Mirzəyev 51,985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə