Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında ilk medalını rəsmiləşdirib. Millimizin heyətində Cəlal Qurbanov (63,5 kq) yarışı üçüncü pillədə başa vurub. SİA xəbər verir ki, o, yarımfinalda məğlub olaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Nəbi İsgəndərov (67 kq) isə yarımfinal döyüşünə çıxacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB