Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib. Nicat Hüseynovun (51 kq) ardınca Ruslan Qədirov (54 kq) da yarımfinal döyüşünü qələbə ilə başa vurub. SİA xəbər verir ki, boksçumuz Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb. O, final görüşünə martın 23-də çıxacaq.
Qeyd edək ki, yığmamızın daha 2 boksçusu bu gün yarımfinal mərhələsi çərçivəsində rinqə çıxacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB