Argentinalı tanınmış baş məşqçinin yeni klubu bəlli olub

Argentinalı tanınmış baş məşqçinin yeni klubu bəlli olub

Argentinalı tanınmış baş məşqçi Ernan Kresponun yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

47 yaşlı mütəxəssisin karyerasını Qətər təmsilçisi "Əl-Duhail"də davam etdirəcəyi bildirilib. Kresponun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, bu postda portuqaliyalı Luiş Kaştrunu əvəzləyəcək.

Qeyd edək ki, Ernan Krespo son olaraq Braziliyanın "San-Paulu" klubunda işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə