Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində karateçilərimiz daha dörd medal qazanıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ayla Rzazadə (61 kq), Xumar Əlibəyova (50 kq), Fərid Savadov və Amin Yadigarlı (55 kq) turnirdə üçüncü yeri tutublar.
Qeyd edək ki, bundan əvvəl karateçilərimiz 4-ü qızıl, biri gümüş, biri bürünc olmaqla 6 medala sahib olublar.
Xatırladaq ki, Qran-Pri yarışında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandalarımız iştirak edirlər.
Martın 20-dək davam edəcək turnirə 33 ölkədən 1769 idmançı qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB