"İnter" xal itirdi

"İnter" A seriyasında növbəti matçına çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi 30-cu turda doğma meydanda "Fiorentina" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "İnter" hazırda A seriyasının turnir cədvəlində 60 xalla üçüncüdür. Komanda lider "Milan"dan 3 xal geri qalır. "Fiorentina" isə 47 xalla 8-ci pillədə qərarlaşır.

"İnter" - "Fiorentina" - 1:1

Qollar: Damfris, 55 - Torreyra, 50

Bütün xəbərlər Facebook səhifəmizdə