“Beşiktaş” doğma meydanda xal itirdi

“Beşiktaş” doğma meydanda xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

SİA Matc.az -a istinadən xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Yeni Malatyaspor” evdə “Kasımpaşa”ya, “Göztəpə” isə “Alanyaspor”a 2 cavabsız qolla uduzub.

Səfərdə “Adana Dəmirspor”la qarşılaşan “Başakşəhər” ardıcıl ikinci məğlubiyyətə üzülüb. “Beşiktaş” isə evdə “Hatayspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası

30-cu tur

18 mart

Rizəspor – Trabzonspor 3:2

Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.

Fatih Karagümrük – Kayserispor 3:0

Qol: E.Mor, 10; 36; 75.

19 mart

Yeni Malatyaspor – Kasımpaşa 0:2

Qol: Muleka, 71. A.Engin, 74.

Göztəpə – Alanyaspor 0:2

Qol: Dyedyu, 71. T.Bingöl, 90+7.

Adana Dəmirspor – Başakşəhər 2:1

Qol: T.Sanuc, 38. Byarnason, 80 – Aleksiç, 48.

Beşiktaş – Hatayspor 1:1

Qol: Batşuayi, 16 – Lobyanidze, 41.

20 mart

14:30 Sivasspor – Altay

14:30 Antalyaspor – Girəsunspor

17:00 Qaziantep – Qalatasaray

20:00 Fənərbaxça – Konyaspor

Bütün xəbərlər Facebook səhifəmizdə