"Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtımızda ilk velosiped zolağının bir hissəsi istifadəyə verildi". Bu sözləri SİA-ya Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 7 kilometrdən çox bir məsafəni əhatə edəcək, ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan zolağın ilk bir kilometri istifadəyə verildi: "Bu yürüşün məqsədi insanları maarifləndirməkdir. Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsinin təbliği kütləviliyin təminatıdır. Bugünkü gündə ilk marşrut olaraq Üzeyir Hacıbəyov-Puşkin küçəsinin kəsişməsindən Üzeyir Hacıbəyov-Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər olan məsafə qət edildi. Könüllülərimizin iştirakı ilə həvəskarlarımız sertifikatlarka və dəyərli hədiyyələrlə təmin olundular. Ümid edirik ki, gələcəkdə də bu zolaqların istifadəsinə biz daha da çox həvəskar velosipedçilərimizi görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB