“Trabzonspor” səfərdən xalsız döndü

“Trabzonspor” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Lider “Trabzonspor” “Rizəspor”un qonağı olub. Trabzonlular beş qolun qeydə alındığı bu görüşdə məğlubiyyətə üzülüblər.

Günün digər matçında “Fatih Karagümrük” “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.

Türkiyə Super Liqası

30-cu tur

18 mart

Rizəspor – Trabzonspor 3:2

Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.

Fatih Karagümrük – Kayserispor 3:0

Qol: E.Mor, 10; 36; 75.

19 mart

14:30 Yeni Malatyaspor – Kasımpaşa

17:00 Göztəpə – Alanyaspor

17:00 Adana Dəmirspor – Başakşəhər

20:00 Beşiktaş – Hatayspor

20 mart

14:30 Sivasspor – Altay

14:30 Antalyaspor – Girəsunspor

17:00 Qaziantep – Qalatasaray

20:00 Fənərbaxça – Konyaspor

Bütün xəbərlər Facebook səhifəmizdə