Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun hazırlanıb - QURUM RƏSMİSİ AÇIQLADI
“Hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var. Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir”. Bu sözləri SİA-ya açıqlamasında gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Onun sözlərinə görə, idmançılarımızın geyimləri üzərində AZE yazılır: “Yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır.
Fon olaraq seçilmiş yaşıl rəng isə gənc nəslə, idmançılara xas aktivlik və enerji rəmzi olaraq ifadə olunub.
Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun və minimalist yanaşma ilə hazırlanıb”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB