Böyüməkdə olan gənc nəslin idmana olan həvəsi artır - QURUM RƏSMİSİ DANIŞDI
"İstənilən dövlətdə idmanın, bədən tərbiyəsinin inkişafı bu sahənin tərəqqisi üçün həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər sistemi ilə şərtlənir. İdman sahəsində qazanılan nailiyyətlər müasir dövrdə həm də dövlətlərin ümumi inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan birinə çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda idman sahəsində davamlı olaraq qazanılan nailiyyətləri, ilk növbədə, milli genefondun qorunması baxımından vacib əhəmiyyət kəsb edən bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğının bəhrəsi kimi dəyərləndirilir: "Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana dövlət qayğısı və diqqəti nəticəsinədə Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Sevindirici haldır ki, 2022-ci ilin martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Ölkə başçısı Vətənə böyük qələbə ilə qayıtmış idmançıları səmimi qəlbdən təbrik etmş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.
Qeyd etmək istəyirəm ki, Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Haqlı olaraq, bizlər ölkə başçısını idmanın dəstəkçisi və idmançıların dostu adlandırırıq. İnanırıq ki, idmançılarımız bundan sonra da Cənab Prezidentin onlara göstərdiyi qayğını və etimadı yeni qələbələri ilə doğruldacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB