“Nyukasl” “Everton”a məğlub oldu

“Nyukasl” “Everton”a məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, günün yeganə matçında “Everton” doğma meydanda “Nyukasl”la qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri 90+9-cu dəqiqədə vurduqları qolla qələbə qazanıblar.

Bu qələbədən sonra “Everton” 25 xalla 17-ci pillədə qərarlaşıb. “Nyukasl” isə 31 xalla 14-cüdür.

İngiltərə Premyer Liqası

20-ci turun oyunu

17 mart

Everton – Nyukasl 1:0

Qol: İvobi, 90+9.

Bütün xəbərlər Facebook səhifəmizdə