"Qalatasaray"ın heç bir şansı yoxdur"..?

"Qalatasaray"ın heç bir şansı yoxdur"..?

"Barselona"nın yarımmüdafiəçisi Adama Traore Avropa Liqasının pley-off mərhələsinin "Qalatasaray"la bu gün keçiriləcək cavab oyunu haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, iddialı açıqlaması ilə yadda qalıb. İspaniyalı futbolçu qısaca olaraq "Qalatasaray"ın şansı olmadığını bildirib:

"Qalatasaray"ı bu dəfə məğlub edəcəyik. Onların heç bir şansı yoxdur".

Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı bu axşam Bakı vaxtilə saat 21:45-də "NEF Stadionu"nda keçirilcək. Bu komandalar arasında "Kamp Nou"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə