“Borussiya”dan çətin qələbə

“Borussiya”dan çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA Matc.az -a istinadən xəbər verir ki, günün yeganə matçında Dortmund “Borussiya”sı səfərdə “Maynts”la qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Dortmund təmsilçisi səfərdə çətin qələbəyə sevinib.

Bu qələbədən sonra “Borussiya” 56 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. “Maynts” isə 10-cu sıradadır.

Almaniya Bundesliqası

25-ci turun oyunu

16 mart

Maynts – Borussiya (Dortmund) 0:1

Qol: Vitsel, 87.

Bütün xəbərlər Facebook səhifəmizdə