40 yaşlı İbrahimoviç milliyə çağırıldı

40 yaşlı İbrahimoviç milliyə çağırıldı

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə İsveç millisinə çağırılıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu DÇ-2022-nin pley-off mərhələsi üçün yığmaya dəvət alıb.

Qeyd edək ki, İbrahimoviç 5 illik fasilədən sonra ötən il milliyə qayıdıb.

Xatırladaq ki, İsveç pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq. Komanda finala yüksəlsə, Polşa ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə