ÇL: 1/4 finalın son iştirakçıları kim olacaq? - YENİLƏNİR

ÇL: 1/4 finalın son iştirakçıları kim olacaq? - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulucaq. SİA Matc.az-a xəbər verir ki,bu qarşılaşmalardan sonra 1/4 finala yüksələcək daha 2 komanda müəyyənləşəcək.


İspaniyanın “Vilyarreal” klubu İtaliyada “Yuventus”la üz-üzə gələcək. Oyunu polşalı Şimon Marçinyak idarə edəcək. Bu komandalar arasındakı ilk dueldə 1:1 hesabı qeydə alınıb.


Digər oyunda “Çelsi” Fransada “Lill” ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. “Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya)

Baş hakim: Şimon Marçinyak

İlk oyun - 1:1

00:00. “Lill” (Fransa) – “Çelsi” (İngiltərə)

Baş hakim: Davide Massa

İlk oyun - 0:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və “Atletiko”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə