Messi qərarını rəhbərliyə bildirdi

Messi qərarını rəhbərliyə bildirdi

PSJ-nin futbolçusu Lionel Messi klub rəhbərliyinə Paris təmsilçisindən ayrılmayacağını deyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu rəhbərliyə Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün məyus olduğunu söyləyib. Messi PSJ-yə əbəs yerə keçmədiyini sübut etməyə çalışacağını vurğulayıb.

Qeyd edək ki, Messi ötən ilin yayında azad agent kimi PSJ-yə keçib.

Xatırladaq ki, bir müddət bundan əvvəl 34 yaşlı oyunçunun "Barselona" qayıtmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə