Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib. SİA xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan XI tura “Ekspress” – “Neftçi” matçı ilə start verilib. “Neftçi” bu dəfə də asan qələbəyə sevinib. Pərviz Səmədovun komandası 3 xalı rəqibini 3:0 (25:13, 25:7, 25:13) hesabı ilə məğlub etməklə əldə edib.

Günün ikinci matçında lider “Murov” “Sərhədçi”ni sınağa çəkib. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk setdə 11:25 hesabı ilə məğlub olan “Sərhədçi” sonrakı hissəni 25:23 hesabı ilə aktivinə yazdırıb - 1:1.

Autsayderin bundan artığına gücü çatmayıb. “Murov” ardıcıl iki seti qazanmaqla görüşün hesabını müəyyənləşdirib - 3:1 (25:11, 23:25, 25:13, 25:15).

Beləliklə, XI turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. Bu turda istirahət edən MOİK 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdirsə, “Sərhədçi” hələ də xal hesabını aça bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə