Azərbaycan millisi Şotlandiyaya da məğlub oldu

Azərbaycan millisi Şotlandiyaya da məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci raundunda bu gün son oyununu keçirib.

SİA Matc.az-a istinadən xəbər verir ki, Albaniyada keçirilmiş oyunda şotlandiyalı yaşıdları ilə qarşılaşan komandamız 0:6 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan yığması qrupdakı ilk iki oyununda Albaniya (0:1) və Şimali Makedoniyaya (0:3) da məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə