PSJ fanatlarından Messi və Əl-Xəlaifiyə mesaj

PSJ fanatlarından Messi və Əl-Xəlaifiyə mesaj

PSJ azarkeşləri komandanın bu günkü məşqindən əvvəl klub rəhbərliyinə və oyunçulara etiraz edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, onlar klubun bazasının divarlarını yazıblar. Fanatlar PSJ-nin futbolçusu Lionel Messinin və prezidenti Nasser Əl-Xəlaifinin paytaxt təmsilçisindən ayrılmasını istəyiblər. Onlar divarlara bu "Messi və Nasser, komandadan ayrılın", "Bura bizimdir", "Paris bizimdir" kimi ifadələr yazıblar.

Qeyd edək ki, daha əvvəl azarrkeşlər dünən “Bordo”ya qarşı Liqa-1-in oyununda Messi və Neymarı təhqir ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə