AFFA-nın təşkilatçılığı, HOMS Cəmiyyətinin dəstəyi ilə martın 16-17-də Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli internat məktəbində valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında minifutbol turniri keçiriləcək. SİA AFFA-nın saytına istinadla xəbər verir ki, turnirdə 2 nömrəli internat məktəbi ilə yanaşı, Türkan qəsəbəsində yerləşən 6 nömrəli, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəbləri də iştirak edəcəklər.
Yekunda qalib komandaya kubok, sonrakı yerləri tutan komandalara isə müvafiq medallar təqdim olunacaq. Həmçinin AFFA tərəfindən turnir ərzində müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara və bütün iştirakçılara hədiyyələr veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB