“Napoli” qalib gəldi, “İnter” xal itirdi

“Napoli” qalib gəldi, “İnter” xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.

SİA Matc.az-a istinadən xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Atalanta” - “Cenoa” matçında qapılara qol vurulmayıb. Səfərdə “Udineze” ilə qarşılaşan “Roma” turu 1 xalla başa vurub. “Fiorentina” isə evdə “Bolonya”nı minimal hesabla üstələyib.

Liderin ən yaxın izləyicisi “İnter” çətin Turin səfərinə yollanıb. 6 oyundur qələbə qazana bilməyən “Torino” məhz bu matçda tilsimi qırmaq niyyətindəydi. Amma komandalar bu görüşdən hərəyə 1 qol və 1 xalla ayrılıblar.

“Napoli” isə səfərdə “Verona”nı sınağa çəkib. “İnter”in xal itkisindən maksimum yararlanan Neapol təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

İtaliya A Seriyası

29-cu tur

12 mart

Salernitana – Sassuolo 2:2

Qol: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.

Spetsiya – Kalyari 2:0

Qol: Erlik, 55. Manaj, 74.

Sampdoriya – Yuventus 1:3

Qol: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.

Milan – Empoli 1:0

Qol: Kalulu, 19.

13 mart

Fiorentina – Bolonya 1:0

Qol: L.Torreyra, 70.

Verona – Napoli 1:2

Qol: Faraoni, 77 – Osimhen, 14; 71.

Atalanta – Cenoa 0:0

Udineze – Roma 1:1

Qol: Molina, 15 – Pelleqrini, 90+4-pen.

Torino – İnter 1:1

Qol: Bremer, 12 – A.Sançes, 90+3.

14 mart

23:45 Latsio – Venetsiya

Bütün xəbərlər Facebook səhifəmizdə