PSJ 3 xalı 3 qolla qazandı

Fransa I Liqasında 28-ci turun oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, lider PSJ doğma meydanda "Bordo"nu qəbul edib. Qarşılaşma Paris təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

PSJ - "Bordo" - 3:0

Qollar: Kilian Mbappe, 24, Neymar, 52, Leandro Paredes, 61

Xallarını 65-ə yüksəldən PSJ liderliyini davam etdirir. 22 xal toplayan "Bordo" isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə