“Mançester Yunayted” “Tottenhem”i məğlub yola saldı

“Mançester Yunayted” “Tottenhem”i məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış oyununda “Brayton” və “Liverpul” kollektivləri üz-üzə gəliblər. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Ən maraqlı oyunlardan biri “Old Trafford”da olub. İki oyundur qələbə qazana bilməyən, üstəlik, ötən tur derbidə “Mançester Siti”yə böyük hesabla məğlub olan “Mançester Yunayted” “Tottenhem”i qəbul edib. “Qırmızı şeytanlar” Kristiano Ronaldonun het-trik etdiyi qarşılaşmadan qalib ayrılıb.

İngiltərə Premyer Liqası

29-cu tur

12 mart

Brayton – Liverpul 0:2

Qol: L.Dias, 19. Salah, 61-pen.

Brentford – Bernli 2:0

Qol: Toni, 85; 90+4-pen.

Mançester Yunayted – Tottenhem 3:2

Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.

13 mart

18:00 Vest Hem – Aston Villa

18:00 Lids – Norviç Siti

18:00 Sauthempton – Uotford

18:00 Çelsi – Nyukasl

18:00 Everton – Vulverhempton

20:30 Arsenal – Lester Siti

14 mart

00:00 Kristal Pelas – Mançester Siti

Bütün xəbərlər Facebook səhifəmizdə