“Çelsi” səfərdən 3 xalla döndü

“Çelsi” səfərdən 3 xalla döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, bu gün dörd qarşılaşma baş tutub.

“Vulverhempton” doğma meydanda “Uotford”u 4 cavabsız qolla üstələyib. Səfərdə “Lids”lə qarşılaşan “Aston Villa” da darmadağına sevinib. Üç qolun qeydə alındığı “Sauthempton” – “Nyukasl” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Norviç Siti”nin qonağı olan “Çelsi” də inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

10 mart

19-cu turun oyunu

Vulverhempton – Uotford 4:0

Qol: R.Ximenes, 13. Kuço, 18-öz qapısına. Podense, 21. Neves, 85.

20-ci turun oyunu

Lids – Aston Villa 0:3

Qol: Koutinyo, 22. Keş, 65. Çambers, 73.

21-ci turun oyunu

Sauthempton – Nyukasl 1:2

Qol: Armstronq, 25 – Vud, 32. Qulmaraes, 52.

30-cu turun oyunu

Norviç Siti – Çelsi 1:3

Qol: Pukki, 69-pen – Çaloba, 3. Maunt, 14. Haverts, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə