Bu gün Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasında əvəzsiz xidmətləri olan voleybolumuzun ilk böyük uğuru – qadınlardan ibarət “Azərreyl” klubunun Avropa “Top-komandalar” kubokunu qazanmasının 20 ili tamam olur. SİA xəbər verir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələr kimi idman da intibah dövrünü yaşayır. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xüsusi diqqət ayırdığı sahələrdən biri idman oldu. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmandakı inkişafı daha da sürətləndirdi. Məhz bu diqqət və qayığı hər an idmançılarımıza ruh yüksəkliyi verib, böyük qələbələr qazandırıb. 2002-ci ildə “Azərreyl” klubunun bu qələbəsindən sonra ulu öndər Heydər Əliyevin voleybolçularımızla görüşü bu diqqət və qayğının bariz göstəricisi idi.
Bu münasibətlə komandanın həmin ildəki kollektivini, həmçinin bütün voleybolsevərləri təbrik edirik. Avropa “Top-komandalar” kubokunu qazanmış “Azərreyl”in kollektivini, 2002-ci ildəki heyətini bir daha xatırlayaq.
Voleybolçular – Alla Həsənova, Yelena Porxomenka, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Karatenka, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagena, Səbinə Əjdərova, Marina Kuzmina; baş məşqçi Faiq Qarayev; köməkçi məşqçi Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin; həkim Zinyət Orduxanova, fizioterapevt Dinara Əjdərova; menecer Grigori Frişman.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB