Yunan-Roma güləşi üzrə millimizin daha bir üzvü uğurlu çıxışla yadda qalıb. SİA xəbər verir ki, Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb və tam üstünlüklə qalib gəlib - 9:0. Güləşçimiz finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşıb. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll edib. Rəqibinə 10:0 hesabıyla qalib gələn Nihat Avropa çempionu olub.
Beləliklə, qitə birinciliyinə 6 idmançıyla qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Xatırladaq ki, bir gün öncə Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB