Voleybolçular arasında Azərbaycan Yüksək Liqasının vaxtı dəqiqləşdi

Voleybolçular arasında Azərbaycan Yüksək Liqasının vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib. SİA xəbər verir ki,II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

X turun ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” – “Murov” arasında olacaq. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə