AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Avstriyanın LASK və Çexiyanın "Slaviya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada gerçəkləşəcək. Komnndalar arasında ilk matç martın 10-da Çexiyada oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə